O, “Neftçi”yə qayıtmayacaq

20:40 Neftçi 318
O, “Neftçi”yə qayıtmayacaq

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən Ryonosuke Ohorinin gələcək taleyi maraq doğurur.

Gəncəli azarkeşlər yapon yarımmüdafiəçinin “Neftçi”yə qayıdacağını düşünür.

“Kəpəz”in heyətində inamlı oyunu ilə diqqət çəkən Ohori seçim etməkdə azaddır.

25 yaşlı futbolçunun “Neftçi” ilə 2025-ci ilin yanvarında bağladığı müqavilənin müddəti bu ay başa çatıb. Belədə o, azad agent statusuna yiyələnib.

“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub asiyalının xidmətində maraqlı deyil.

Belə olduğu halda Ryonosuke özünə olan təklifləri gözdən keçirəcək. Növbəti klubu “Kəpəz”də ola bilər, başqası da.

Hazırda bir neçə klubdan dəvət alıb.

Ryonosuke Ohori 2025/26 mövsümündə “Kəpəz”in heyətində meydana çıxdığı 27 oyunda 4 qol vurub.

“Neftçi”də isə yarım mövsümdə 11 matçda iştirak etməklə 1 qolun ötürməsini vermişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti