Qırğızıstan komandası “Neftçi”də işləyən mütəxəssislə danışıqlara başladı

8 İyun 15:00 Neftçi 1 344
Qırğızıstan komandası “Neftçi”də işləyən mütəxəssislə danışıqlara başladı

Bir ara «Neftçi»nin əsas komandasını çalışdırmış Sənan Qurbanov ölkə xaricindən təklif alıb.

Vaxtilə «Qəbələ və «Keşlə» ilə ölkə kubokunu qazanmış mütəxəssisə növbəti dəvət Qırğızıstandan dəvət gəlib.

Orta Asiya respublikasının aparıcı klublarından biri onunla danışıqlara başlayıb.

Tərəflər arasında maliyyə şərtlərində razılıq əldə olunsa, o, 1 illik müqaviləyə imza atacaq.

Qurbanov 2023-cü ildən «Neftçi»də çalışır. Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçukun köməkçisi kimi əsas komandada işləyib.

Ukraynalının gedişindən sonra «ağ-qaralar» 3 oyuna çıxarıb. Bu ilin yanvarından isə akademiyanın koordinatoru vəzifəsindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!