“Neftçi”nin qapıçısı: “Çəkdiyimiz əziyyətin qarşılığını alaraq avrokuboklara yollandıq”

02:10 Neftçi 95
“Neftçi”nin qapıçısı: “Çəkdiyimiz əziyyətin qarşılığını alaraq avrokuboklara yollandıq”

“Mövsüm ərzində çəkdiyimiz əziyyətin qarşılığını alaraq avrokuboklara yollandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin qapıçısı Emil Balayev söyləyib.

32 yaşlı qolkiper Konfrans Liqasına vəsiqə qazanmaları barədə danışıb:

“Neftçi”nin hədəfi hər zaman yüksəkdir. Klubun adı bunu tələb edir.

Biz də buna görə ən yüksək yerlər uğrunda mübarizə aparırıq. Sadəcə, mövsümə uğurlu start götürmədik.

Sonradan müəyyən qədər toparlana bildik, ən azından bunu bacardıq. Bu nailiyyətlə dayanmayıb, davamını gətirməyə çalışacağıq.

Müəyyən fasilədən sonra qatıldığımız avrokuboklarda əlimizdən gələni maksimum edəcəyik. İnşallah, inanıram ki, qrup mərhələsinə də vəsiqə qazanacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi