"Neftçi"nin yarımmüdafiəçisi qərarını verdi, Vernidubdan cavab gözləyir

20:00 Neftçi 284
"Neftçi"nin yarımmüdafiəçisi qərarını verdi,  Vernidubdan cavab gözləyir

"Neftçi"dən ayrılacağı gözlənilən Elvin Camalovun xidmətində maraqlı olan daha bir klubun adı məlum olub.

"Araz Naxçıvan" yarımmüdafiəçi ilə ciddi maraqlanır.

Muxtar respublika təmsilçisinin yeni baş məşqçisi olacaq Cavid Hüseynov onun keçidini şəxsən istəyib.

"Qəbələ"nin yetirməsinin Hüseynovla yaxın münasibətləri var.

Bir yerdə bölgə klubunda top qovublar.

Bu səbəbdən orta sahə oyunçusu maliyyə məsələsində də müəyyən güzəştə gedəcək.

Tərəflər Yuri Vernidubun qərarını gözləyir

Ukraynalı Elvinin qalıb-qalmaması ilə bağlı son sözünü deməyib. Getməsini istəsə, futbolçu böyük ölçüdə karyerasını Hüseynovun yanında davam etdirəcək.

31 yaşlı futbolçu ötən mövsümün ikinci yarısından "ağ qaralar"ın şərəfini qoruyur.

O, daha əvvəl "Qəbələ" və "Zirə"nin formasını geyinib.

XANOĞLAN /SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi