“Neftçi” tanış braziliyalı ilə maraqlanır

20:40 Neftçi 359
“Neftçi” tanış braziliyalı ilə maraqlanır

Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləməyi qarşısına məqsəd qoyan “Neftçi” transfer çalışmalarında fəallığı artırıb.

Paytaxt təmsilçisinin rəsmiləri bir neçə futbolçunun namizədliyini baş məşqçi Yuri Verniduba təqdim edib.

Hələ ki, danışıqlar prosesi davam edir. “Neftçi”yə “qiymət oxuyan” da var, məsələni “bu gün-sabah”la uzadan da. Xüsusən ölkə xaricində top qovan əcnəbilərlə bağlı durğunluq davam edir.

"Ağ-qaralar”ın maraq göstərdiyi daha bir futbolçu Sezar Enrikedir.

Ötən mövsüm “Şamaxı”nın formasını geyinmiş 26 yaşlı mərkəz müdafiəçisi.

Bölgə təmsilçisi ilə müqavilə müddəti başa çatdığı üçün buraan ayrılan Enrike ağ-qara formanı geyinməkdə həvəslidir.

İş burasındadır ki, “Neftçi” təklif olunan digər variantları da gözdən keçirir. Rəsmilər məhz bu səbəbdən tələsik qərar vermək istəmir.

Enrikenın şərləti ilə tanış olan “Neftçi”dən ona yaxın günlərdə cavab verəcəklərini bildiriblər.

“Sambaçı” ötən mövsüm şamaxılıların heyətində Premyer Liqada 30 (3 qol, 1 assist), Azərbaycan kubokunda 3 oyunda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti