“Neftçi”də yeni anlaşma - Yaxın günlərdə ölkəmizə gələcək…

17:40 Neftçi 418
“Neftçi”də yeni anlaşma - Yaxın günlərdə ölkəmizə gələcək…

«Neftçi»nin futbol akademiyasının yeni direktoru türkiyəli olacaq.

Bu haqda paytaxt klubundan məlumat almışıq.

Redaksiyamıza bildirilib ki, rəhbərlik uzun müddət aparılan danışıqların yekununda onun üzərində dayanıb.

Qardaş ölkədən olan funksioner qarşıdakı günlərdə Azərbaycana təşrif buyuracaq. Tərəflər arasında 2+1 illik müqavilənin imzalanması razılaşdırılıb.

O, paytaxt təmisilçisinin yeganə namizədi olmayıb. «Ağ-qaralar» həmçinin Portuqaliyadan bir idarəçi ilə təmas qurub.

Hazırda «Benfika»da çalışan həmin şəxs nəzərdə tutulandan yüksək əməkhqqı tələb etdiyindən, sövdələşmə baş tutmayıb.

Paytaxt təmsilçisində bu işi son olaraq Cemal Bülbül görüb. Klubun ovaxtkı prezdenti Kamran Quliyevin istəyi ilə bura gəlmiş türkiyəli 3 il uşaq futboluna məsuliyyət daşıyıb.

Hazırda «Neftçi»nin akademiyası üç koordinatorun nəzarətindədir.

Sənan Quliyev və Namiq Adilov ötən ildən bu səlahiyyəti daşıyırsa, U-19 millisindən ayrılan Elxan Abdullayev 2 ay öncə «ağ-qaralar»la işbirliyinə start verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti