“Neftçi“ ötən ilin yayında icarəyə götürdüyü Freddi Varqası birdəfəlik transfer etməkdə problemlə üzləşib.
Venesuellalı Azərbaycanda qalmağı ürəkdən istəsə də, müqavilə ilə məxsus olduğu “Makkabi”nin (Netanya) yüksək məbləğ tələb eləməsi məsələni çətinləşdirib.
Belə ki, İsrail klubu “10 nömrə”ni satışından 600 min avro qazanmaq iddiasıdadır. Müqayisə üçün deyək ki, bakılılar yarımmüdafiəçinin icarəsi üçün geridə qalan mövsümdə bu məbləğin yarısını ödəyib.
“Makkabi”nin birdən-birə transfer məbləğini bu qədər artırması vəziyyəti dəyimşdirib. Çünki qarşı tərəf rəqəmi aşağı salmaq niyyətində olmadığını bakılıların diqqətinə çatdırıb.
27 yaşlı cənubi amerikalı cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Yuri Vernidub ondan ötrü özünü az qala öldürməyə hazırdır,
Baş məşqçi Varqasın komanda üçün vacibliyi barədə dəfələrlə rəhbərliyə «leksiya» oxuyub.
Bildirib ki, o, orta sahədə və hücumun mərkəzində çox səmərəlidir, gedərsə, yerini doldurmaq çətin olacaq.
SPORTİNFO.AZ


