Emin Mahmmudovun «Neftçi»dəki durumuna tam aydınlıq gəlib.
2017-ci ildən ağ-qar formanı geyinən yarımmüdafiəçi növbəti iki mövsümü də burada keçirəcək.
Kapitanla razılaşdırılan müqavilənin müddəti 2029-cu ilin yayınadək qüvvədə olacaq.
34 yaşlı oyunçu komandada qalmaq üçün maliyyə şərtlərində xeyli güzəştə gedib. O, qazancının əvvəlki illərlə müqayisədə yarıbayarı azalmasına etiraz etməyib.
Moskva «Spartak»ının yetirməsi buna qədər «Neftçi»nin ən ödənişli futbolçusu idi. Əməkhaqqısı 65 min dollar təşkil edirdi.
Avrokuboklara vəsiqənin qazanılması və Yuri Vernidub amili, belə demək mümkünsə, Mahmudovun «qanının arasına girdi». Əks halda, burada saxlanılması mümkün olmayacaqdı.
Konfrans Liqasında iştirak haqqının əldə edilməsini əsas götürən baş məşqçi kapitanla müqavilənin uzadılmasında israrlı davranıb.
Ukraynalı mütəxəssis Mahmudovu komandanın ən yaxşısı adlandırıb və bildirib ki, o, taktiki planlarında mühüm yer tutur.
SPORTİNFO.AZ

