Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin qış hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.
Mövsüm başa çatandan sonra baş məşqçi Yuri Vernidub komanda üzvlərinə üç həftəlik istirahət imkanı verib.
Bildirib ki, iyunun 14-də hamı bir nəfər kimi Bakıda olmalıdır. Çünki kollektiv toplanışın ilk mərhələsini paytaxtdə keçəcək.
Tibbi müayinə və fiziki hazırlığın yaxşılaşdırılmasına dair müəyyən məşqlər birinci mərhələdə baş tutacaq.
Ardınca “ağ-qaralar” Slovaniyaya üz tutub, toplanışın əsas mərhələsini Avropada yerinə yetirəcək. Burada azı üç yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Planda bir neçə ölkənin adı olsa da, Vernidub və rəsmilər ümumi məsləhətləşmədən sonra Sloveniyanı seçib.
“Turan Tovuz”un üzləşdiyi hadisədən sonra “Neftçi” rəsmiləri çətin duruma düşüb.
Belə ki, UEFA təmsilçimizə tətbiq etdiyi sanksiyanı aradan qaldırmasa, “Turan Tovuz”un əvəzinə “Neftçi” yer alacaq ki, bu isə bakılıların avrokubok mövsümünə Konfrans Liqasının 2-ci mərhələsindən başlaması deməkdir.
Bu halda təlim-məşq toplanışının təşkilində və keçirilməsində müəyyən dəyişikliklər baş verə bilər.
Maraq üçün bildirək ki, Konfrans Liqasının 1-ci mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək.
İlk mərhələnin ilk oyunları iyulun 9-da, cavab qarşılaşmaları iyulun 16-da baş tutacaq.
2-ci mərhələnin görüşləri isə 23 və 30 iyul tarixlərində gerçəkləşəcək.
HƏBİB / SPORTİNFO.AZ

