“Neftçi” Rüfət Abbasovun ardınca daha bir yetirməsini heyətinə cəlb etmək istəyir.
“Ağ-qaralar”ın maraqlandığı futbolçu Edqar Adilxanovdur.
Vaxtilə “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən, sonradan “Keşlə”yə (indiki “Şamaxı”) keçən U-21-in üzvü müqavilə ilə “Şamaxı”ya məxsusdur.
“Neftçi”nin qarşısını kəsən də elə budur. Adilxanovu Şamaxıdan Bakıya gətirmək üçün bölgə təmsilçisinə təzminat ödəmək lazımdır.
Gənc vingerlə başqa klublar da maraqlandığı üçün “Şamaxı” gözləmə mövqeyini tutur.
Maraq üçün bildirək ki, son iki mövsümdə şamaxılıların formasını geyinmiş Rüfət Abbasov bir neçə gün öncə azad agent statusu ilə “Neftçi”yə keçib.
2024-cü ildən Premyer Liqanın havasını hiss edən 20 yaşlı futbolçu geridə müddətdə “Şamaxı” formasında meydana çıxdığı 59 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

