“Neftçi"yə qayıdan adamın göstərdiyi ŞOU bu VİDEOda

3 İyun 20:40 Neftçi 1 045
“Neftçi"yə qayıdan adamın göstərdiyi ŞOU bu VİDEOda

Azərbaycan millisinin qapıçısı Rza Cəfərov qapıdakı bacarığı ilə diqqətləri üzərinə çəkib.

“Neftçi”yə məxsus 22 yaşlı kiper Avstriyadakı təlim-məşq toplanışında nəyə qadir olduğunu göstərib.

Rza milli üzvlərinin “çərçivə”yə vurduqları zərbələrə qarşı amansızlıq nümayiş etdirərək topların tora qovuşmasına imkan verməyib.

"Qəbələ" ilə icarə müqaviləsi başa çatdığından yenidən "Neftçi"yə qayıdan Cəfərovun göstərdiyi şou nəticəsiz qalmayıb. Komanda yoldaşları onu alqışlar yağdırıb.

Mayın 29-da Bakıda bir araya gələn Azərbaycan yığması iyunun 1-dən 10-nə qədər Avstriyanın Bad-Valtersdorf şəhərində hazırlıq keçəcək.

Toplanış çərçivəsində iyunun 5-də Malta, ayın 9-da isə San-Marino seçmələri ilə yoldaşlıq görüşləri nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular