Ərəblərə olmasa da, ”Neftçi”nin baş məşqçisinə lazımdır

13:00 Neftçi 534
Ərəblərə olmasa da, ”Neftçi”nin baş məşqçisinə lazımdır

Səudiyyə Ərəbistanında “Əl-Şabab”ın formasını geyinən Georgi Buşan Yuri Vernidubun transfer siyahısındadır.

”Neftçi”nin baş məşqçisi Ukrayna millisinin qapıçısını Azərbaycana gətirməyə can atır.

Ötən ilin dekabrından bu tərəfə Bakıda çalışan ukraynalı mütəxəssis həmyerlisi barədə klub funksionerləri ilə müzakirə aparıb.

O, qapıçı mövqeyindən narahatlığını bildirib, Kenan Piriçin çıxışından narazı qaldığını növbəti dəfə dilə gətirib.

Qeyd edib ki, ”çərçivə”ni komandanın güvənəcəyi birinə tapşırmaq lazımdır, bosniyalı kiper isə meydana çıxdığı oyunlarda ciddi səhvləriylə yadda qalıb.

31 yaşlı «əlcək sahibi» son mövsümü icarə əsasında “Polesye”də keçirib. Ukrayna klubunun Buşanı növbəti mövsüm üçün heyətində saxlamayacağı dəqiqləşib.

Həmçinin “Əl-Şabab” da onu qaytarmaqda maraqlı deyil.

Georgi Buşanın “Əl-Şabab”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti