“Neftçi” əsl təhlükədir” - Yunanlar “Panatinaikos” üçün qorxur!

14:20 Neftçi 204
“Neftçi” əsl təhlükədir” - Yunanlar “Panatinaikos” üçün qorxur!

Növbəti mövsüm Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” I təsnifat mərhələsini adlasa, II raundun səpələnməmişlərində qərarlaşacaq.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasında 4-cü yeri tutan komandanın II təsnifatdakı mümkün rəqiblərinin bəziləri də məlumdur.

Onlardan biri də Yunanıstanın “Panatinaikos” klubu olacaq.

Potensial rəqiblər barədə araşdırma aparan Yunanıstan mətbuatı “Neftçi”nin adını xüsusi vurğulayıb. Afinalılar mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və raundun ən reytinqli 5-ci komandası olacaq.

Yunanıstan KİV-i hazırda dəqiq olan 24 mümkün rəqib arasında yalnız 2-sini fərqləndirib: “Panatinaikos”un potensial rəqiblərinin çoxu bəllidir.

Ancaq onlardan bəzilərini “tələ” hesab etmək olar. Xüsusən də Azərbaycan klubu “Neftçi” və Litva təmsilçisi “Panevejis” əsl təhlükədirlər.

Düzdür, “Neftçi” bunun üçün hələ I raundu keçməlidir. Azərbaycan komandası bunu reallaşdırsa, “Panatianikos” üçün arzuolunmaz rəqibə çevrilə bilər”.

Konfrans Liqasında ilk iki təsnifat mərhələsinin püşkü iyunun 16-17-də atılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti