“Neftçi”də çox şans almıram, burada üç nəfər var ki...”

21:20 Neftçi 198
“Neftçi”də çox şans almıram, burada üç nəfər var ki...”

“Yenidən millidə olmağı çox istərdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Azərbaycan millisi iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Komandamız Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marinoya qarşı iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüş

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda düzənlənəcək.

Camalov klubda az şans qazandığı üçün yenə millidən kənarda qalıb:

“Ora dəvət almaq ən çox arzuladığım şeydir. Təəssüf ki, çox şans almıram.

Ortada reallıq var. Mövqeyimdə üç oyunçu var.

Düzdür, heç vaxt rəqabətdən qorxmamışam, kənara çəkilməmişəm. Yuri Vernidub sağ olsun, son görüşdə mənə şans verdi.

Düşünürəm ki, baş məşqçinin son matçda mənə güvənməsi məşqlərdəki əziyyətimin hədiyyəsi idi. Bundan sonrasına baxacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti