Yuri Vernidub mövsümün ikinci yarısını icarə əsasında «Qəbələ»də keçirən Rza Cəfərovu yenidən «Neftçi»yə qaytarıb.
Baş məşqçi adıçəkilən qapıçının əyalət təmsilçisində sərgilədiyi 5 aylıq performansdan razı qalıb.
Ukraynalı çalışdırıcı sezonun ilk yarısında «çərçivə» önündə dayanmaq şansı əldə etməyən, bu üzdən komandasını müvəqqəti dəyişmək məcburiyyətində qalan kiperə öz fikrini bildirib - o, yenidən düşərgəni dəyişməyə tələsməməlidir.
Çünki Vernidub Cəfərovu yay hazırlıq dönəmitndə yoxlamaq, yoxlama görüşlərində sınamaq niyyətindədir.
Ötən ilin dekabrından bu yana «Neftçi»nin başında dayanan mütəxəssis belə qənaətdədir ki, o, Kenan Piriçdən daha yaxşı təsir bağışlaya bilər. Yetər ki, qarşıdakı təlim-məşq toplanışında öz üzərində səylə işləsin.
«Qəbələ»nin yetirməsi olan Rza cari ilin əvvəlində «Neftçi» ilə müqaviləsini yeniləyib. Ən azı, 2027-cı ilin yayınadək paytaxt təmsilçisinə bağlıdır.
SPORTİNFO.AZ

