“Neftçi”də hər şey məni qane edir”

01:00 Neftçi 84
“Neftçi”də hər şey məni qane edir”

“Bakıda olmaqdan məmnunam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin vingeri İmad Faraj deyib.

Ötən ilin yayından etibarən ölkəmizdə legioner həyatı yaşayan 27 yaşlı fransalı burada özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Klubla hələ 2 illik müqaviləm var. “Neftçi”də hər şey məni qane edir”.

“Neftçi” sağ cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə bağlayıb.

"Lill"in akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İmad Faraj Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:40 Batumidə 5 medal