"Neftçi"nin futbolçusu İqor Ribeyro paytaxt klubuna keçidi,
Azərbaycandakı həyatı və futbol karyerasının başlanğıcı ilə bağlı təəssüratlarını bölüşüb.
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan braziliyalı oyunçu əvvəlcə futbola gəlişindən və Bakıdakı yaşayışından bəhs edib:
"Futbola atamla başlamışam. Atam da futbolçu olub. Hara gedirdisə, məni də özü ilə aparırdı.
Futbol meydançasında topla oynamağı çox sevirdim. Çox gözəl hisslərdir. Braziliyada çox adlı-sanlı futbolçular var.
Hamı da istəyir ki, böyüyəndə böyük futbolçu olsun. Azərbaycanda bəyəndiyim şeylərdən biri də şəhər oldu.
Bakı çox təhlükəsiz və fərqli mədəniyyətə malik şəhərdir. Çox bəyənirəm.
Artıq üç ildir buradayam. Azərbaycan çox gözəl ölkədir və burada yaşadığıma şadam".
"Ağ-qaralar"a transferi barədə danışan İqor Ribeyro belə bir köklü klubda çıxış etməkdən qürur duyduğunu bildirib:
"Hamımız bilirik ki, "Neftçi" böyük klubdur. Təbii ki, böyük ənənəyə malik olan Bakı klubundan təklif alanda çox sevindim.
Dərhal sevincimi valideynlərimlə bölüşdüm. Təklif məni qane etdi və "Neftçi"yə keçməyə qərar verdim. "Neftçi" çox yaxşı komandadır və burada olduğum üçün çox məmnunam".
Müsahibənin daha ətraflı videosunu təqdim edirik.

