"Neftçi"dən 200 min istəyir - Növbəti SÜRPRİZ TRANSFER hədəfi

17:00 Neftçi 403
"Neftçi"dən 200 min istəyir - Növbəti SÜRPRİZ TRANSFER hədəfi

"Neftçi" Rüfət Abbasov transferini bitirdi.

Amma yerli futbolçu transferi bununla bitməyəcək.

Yuri Vernidubun siyahısında başqa azərbaycanlılar da var.

Onlardan biri Qismət Alıyevdir. Ukraynalı mütəxəssis "Zirə"nin kapitanının keçidinə isti yanaşır.

Amma onun çıxış etdiyi sağ cinah müdafiəçisi mövqeyinə başqa namizədlər də var.

Yaxın günlərdə yekun seçim ediləcək. Hər şey maliyyə şərtlərindən asılıdır.

2020-ci ildən «qartallar»ın formasını geyinən «Qəbələ»nin yetirməsi bakılılardan illik 200 min manat istəyir.

Millimizin üzvü bu mövsüm 37 görüşdə 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

29 yaşlı futbolçu karyerası ərzində yalnız "Qəbələ" və "Zirə"nin formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti