Bu da onun “Neftçi”də qazanacağı məbləğ

21:20 Neftçi 480
Bu da onun “Neftçi”də qazanacağı məbləğ

“Neftçi”nin ilk transferi yerli bazardan olacaq.

Paytaxt təmsilçisi son iki mövsümü “Şamaxı”da keçirmiş Rüfət Abbasovla anlaşma əldə edib.

Azərbaycan millisinə də cəlb olunan 21 yaşlı solaxay müdafiəçi ilə bütün şərtlər razılaşdırılıb.

İşin maliyyə tərəfinə gəlincə, Rüfət yetirməsi olan klubda “Şamaxı”dakından 3-4 dəfə artıq qazanacaq.

Aparılan müzakirələrdən sonra Abbasov aylıq 20 min manatlıq maaş təklifinə “hə” deyib.

Yığma üzvü ilə azı 2 illik müqavilə nəzərdə tutulub.

Yeri gəlmişkən, paytaxt təmsilçisi ona görə “Şamaxı”ya təzminat ödəməyəcək. Çünki bölgə təmsilçisi ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatır.

2024-cü ilin yayından “Şamaxı”nın şərəfini qoruyan Abbasov bütün yarışlarda meydana çıxdığı 74 oyunda 2 qol vurub, 12 qolun ötürməsini verib.

HƏBİB/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti