"Neftçi"dən iddialı açıqlama: "Minimum hədəf liqa mərhələsində iştirak olmalıdır"

21:15 Neftçi 207
"Neftçi"dən iddialı açıqlama: "Minimum hədəf liqa mərhələsində iştirak olmalıdır"

"Neftçi" mövsümə uğursuz başladı.

Hakim səhvləri bir yandan, şanssız anlar digər tərəfdən.

Lazım olan xallar qazanılmadıqda baş məşqçi postunda Samir Abasovu Yuri Vernidub əvəzlədi.

Ukraynalı mütəxəssisin gəlişindən sonra sürət yığan bakılılar gözlənilməz şəkildə Konfrans Liqasına vəsiqə qazandı.

Bununla da iki mövsümlük aradan sonra "Neftçi" avrokuboklarda iştirak edəcək.

Azarkeşlər Konfrans Liqasında nəyə ümid etsinlər?

"Neftçi"nin və millimizin üzvü Murad Xaçayev Sportinfo.az-a açıqlamasında gələcəyə ümidli danışıb:

"Neftçi" Avropada olmağa layiqdir. Bu komandanın böyük azarkeş ordusu var.

Kluba olan sevgini hər addımda hiss edirəm. Heyətdə də yaxşı oyunçular cəm olub. Məncə, bu heyət minimum liqa mərhələsində olmalıdır.

Bilirəm bizdən gözləntilər çoxdur. Biz də futbolçular olaraq maksimum çalışacağıq onları sevindirək".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti