O, "Neftçi"dəki problemindən danışdı: "Bəzən məşqçi olmalısan ki, onu başa düşəsən"

21:00 Neftçi 90
O, "Neftçi"dəki problemindən danışdı: "Bəzən məşqçi olmalısan ki, onu başa düşəsən"

Elvin Camalov ötən mövsümün ikinci yarısında "Neftçi"yə qoşulmuşdu.

Və yaya qədər komandanın ən yaxşılarından birinə çevrilmişdi. O, Samir Abasovun şəxsən istəyilə "Sabah"ı "ağ qaralar"a dəyişmişdi.

Amma yayda nə baş verdisə, yeni mövsümdən təcrübəli yarımmüdafiəçi ehtiyat oyunçular skamiyasında əyləşməli oldu.

Sportinfo.az-a açıqlamasında 31 yaşlı futbolçu Abasovla arasında başverənlərə aydınlıq gətirib:

"Futbolda hər zaman belə şeylərə hazır olmalıyıq. Samir Abasovun dönəmində bura gəlmişdim. Mövsümün əvvəli legioner limiti ləğv edildi. Mənim mövqeyimə Sessi Dalmeyda alındı.

Haqqına danışası olsaq, baş məşqçi şans verməyə çalışırdı. Məşqlərdə çox çalışırdım, əlimdən gələni edirdim.

Bəzən məşqçi olmalısan ki, qarşı tərəfi başa düşəsən. Özümü onları yerinə qoymağa, başa düşməyə çalışıram.

Samir Abasovdan incikliyim yoxdur. Bu futboldur. Hər zaman qərarlara hörmətlə yanaşmışam".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti