SON DƏQİQƏ: “Neftçi” yayın ilk transferini etdi

11:30 Neftçi 884
SON DƏQİQƏ: “Neftçi” yayın ilk transferini etdi

“Neftçi” növbəti mövsümün transfer çalışmalarına start verib.

Və bu yöndə ilk addım atılıb.

"Ağ-qaralar” Azərbaycan millisinin üzvü ilə anlaşıb.

Bu, son iki mövsümü “Şamaxı”da keçirmiş Rüfət Abbasovdur.

Müdafiənin sol cinahındakı inamlı çıxışı ilə Yuri Vernidubun diqqətini çəkməyi bacaran 21 yaşlı futbolçuya bir neçə təklif olsa da, o, “Neftçi”ni seçib.

Bu da səbəbsiz deyil. Çünki Rüfət “Neftçi”nin yetirməsi hesab olunur. Komandanın avrokuboklara hazırlaşması və növbəti mövsümdə çempionluğu hədəf seçməsi Abbasovun qərarına təsir edib.

Tərəflər bütün şərtləri müzakirə edərək razılıq əldə edib. Yığma üzvü ilə azı 2 illik müqavilə nəzərdə tutulub.

Paytaxt təmsilçisi ona görə “Şamaxı”ya təzminat ödəməyəcək. Çünki bölgə təmsilçisi ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatır.

2024-cü ilin yayından “Şamaxı”nın şərəfini qoruyan Abbasov bütün yarışlarda meydana çıxdığı 74 oyunda 2 qol vurub, 12 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA