“Neftçi”dən son... VİDEO

00:30 Neftçi 64
“Neftçi”dən son... VİDEO

“Neftçi” Misli Premyer Liqasında cari mövsümün sonuncu – XXXIII turunun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Konfrans Liqasına vəsiqəni daha əvvəl təmin etmiş “ağ-qaralar” Bakıda “Kəpəz” ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Matçın ilk hissəsində qol səsi çıxmasa da, ikinci yarıya daha fəal başlayan qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın vurduğu qolla hesabı açıblar.

Lakin paytaxt təmsilçisi görüşün 65-ci dəqiqəsində meydanda azlıqda qalıb – “Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azlıqda qalmasına baxmayaraq, Yuri Vernidubun yetirmələri üstünlüyü qorumağı bacarıblar.

Bu qələbə ilə xallarının sayını 59-a çatdıran “Neftçi” 2025/2026 mövsümünü dördüncü sırada tamamlayıb. “Kəpəz” isə mövsümü 27 xalla 10-cu – sonuncu pillədə başa vurub.

"Kəpəz" - "Neftçi" 0:1

M.H. adına Sumqayıt şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Zöhrab Abbasov
Dördüncü hakim: Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Şakir Seyidov, 20 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 60 (qeyri-idman hərəkəti); Mate Abuladze, 80 (qeyri-idman hərəkəti); Şahnur İsmayılov, 90+4 (qeyri-idman hərəkəti) // İqor Ribeyro, 42 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 85 (qeyri-idman hərəkəti); Ağadadaş Salyanskiy, 90+3 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: İfeanyi Metyu, 65 (ciddi qayda pozuntusu)
Qol: Freddi Varqas, 54
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Kəpəz”
81. Elgün Bayramov
99. Əli Səmədov (k)
(83. Raul İsaqov, 63)
5. Rauf Hüseynli
88. Şakir Seyidov
66. Arzu Atakişiyev
(20. Elcan Əbilov, 63)
21. Sadiq Şəfiyev
(80. Şahnur İsmayılov, 46)
11. Rəhman Hacıyev
(23. Fərid Kələntərov, 74)
29. Dioqo Verdaska
14. Adama Fofana
4. Mate Abuladze
10. Ryonosuke Ohori
(30. Ruslan Quliyev, 82)
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
17. Ümid Səmədov
6. Camal Cəfərov
57. Amur Yusifov
12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Neftçi”
1. Emil Balayev (k)
4. Elvin Camalov
17. Murad Xaçayev
77. Falaye Sako
(70. Andrey Ştoqrin, 46)
5. İqor Ribeyro
(15. Elvin Bədəlov, 46)
18. İfeanyi Metyu
33. Breno Almeyda
10. Freddi Varqas
(19. Ağadadaş Salyanskiy, 67)
22. Luis Ortis
23. Cordan Rezabala
(8. Emin Mahmudov, 74)
28. Alessio Kurçi
(11. İmad Faraj, 46)
Ehtiyat oyunçular:
13. Kenan Piriç
95. Eldar Babayev
47. Murad Məmmədov
14. Edvin Kuç
6. Sessi Dalmeyda
24. Mustafa Sek
Baş məşqçi: Yuri Vernidub

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA
23 May 02:50 “Şəfa”QIZILLANDI