”Mövsüm ərzində çox az vaxt qazandım” - “Neftçi”nin qapıçısı

23 May 13:40 Neftçi 865
”Mövsüm ərzində çox az vaxt qazandım” - “Neftçi”nin qapıçısı

“Hər zaman çalışmışam ki, məşqlərdə tam gücümü ortaya qoyum”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin qapıçısı Emil Balayev söyləyib.

Son həftələrdə əsas heyətə dönən kiper deyib:

”Mövsüm ərzində çox az vaxt qazandım. “Qarabağ” və “Sabah”a qarşı uzun müddət idi qələbə qazana bilmirdik.

Şükürlər olsun ki, bu oyunlarda şans verildi və o şansı dəyərləndirdim. Qələbə qazanaraq məşqçinin etimadını doğrultdum.

Mövsüm ərzində dörd oyun oynamışam və bu qarşılaşmalardan maksimum nəticə ilə ayrılmışıq.

Buna görə yalnız sevincliyəm. Amma oynasam da, oynamasam da həmişə digər qapıçı yoldaşlarıma dəstək olmuşam”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM