“Neftçi” “Kəpəz”lə oyundan öncə ciddi itki ilə üzləşib.
"Ağ-qaralar” Premyer Liqanın 33-cü turunda Emil Səfərovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb 23 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir.
Səfərov komandasının “Sabah” üzərində 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada “sarı” alaraq vərəqə limitini doldurub.
Odur ki, “Kəpəz”lə matçı kənardan izləyəcək.
Maraq üçün bildirək ki, Yuri Vernidubun gəlişindən sonra əsas heyətdə möhkəmlənən Azərbaycan millisinin üzvü başa çatmaqda olan mövsümdə 20 görüşdə 3 qol vurub, 6 qolun ötürməsini verib.
Mayın 23-də Mehdu Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 15:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

