“Neftçi” güclülər arasında yer aldı, potensial rəqiblərindən 17-sini tanıdı - Avropa Liqasında

12:40 Neftçi 172
“Neftçi” güclülər arasında yer aldı, potensial rəqiblərindən 17-sini tanıdı - Avropa Liqasında

Misli Premyer Liqasında sona bir tur qalmış 4-cü yeri tutaraq Konfrans Liqasına vəsiqəni rəsmiləşdirən “Neftçi” növbəti mövsümün ilk püşkatmasında səpələnmişlərdə yer alacaq.

Sportinfo.az xəbər verir ki, 6,500 əmsala malik Bakı klubu I təsnifat mərhələsinin püşkü zamanı güclülər sırasında qərarlaşacaq.

Yuri Vernidubun yetirmələrinin 26 potensial rəqiblərindən 17-si artıq məlumdur.

Həmin mümkün rəqiblər aşağıdakılardır: “Liepaya” (Latviya), “Ilves”, “İnter Turku” (hər ikisi Finlandiya), “UE Santa Koloma” (Andorra), “Konnah”, “Penibont”, “Kaernarfon Taun” (hamısı Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllüttariq), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Hegelmann” (Litva), “Runavik” (Farer adaları), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya).

Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti