“Neftçi” böyük klubdur, mən əvvəllər heç vaxt..."

13:20 Neftçi 116
“Neftçi” böyük klubdur, mən əvvəllər heç vaxt..."

“Oyun ərzində çətin anlar yaşadıq.

Buna baxmayaraq, hesabda tarazlığı bərpa edib, daha sonra qələbə qazana bildik.

Bunun nəticəsində Konfrans Liqasına vəsiqəni təmin etdik. Çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin venesuellalı vingeri Freddi Varqas Premyer Liqanın son turunda “Sabah” üzərində qazandıqları 2:1 hesablı qələbə haqda danışarkən deyib.

27 yaşlı cinah oyunçusu “Neftçi”nin avrokuboklara qayıdışının klub üçün böyük önəm daşıdığını vurğulayıb:

“Neftçi” böyük klubdur. Burada hər birimiz bir ailə kimiyik.

Hamımız birlikdə komandanın daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik.

Mən əvvəllər heç vaxt avrokuboklarda iştirak etməmişəm. Buna görə də bu, mənim üçün ilk və unudulmaz təcrübə olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti