“Real”ın sabiq ulduzu onunla maraqlanan “Neftçi”dən nə qədər maaş tələb etdi?

13:00 Neftçi 231
“Real”ın sabiq ulduzu onunla maraqlanan “Neftçi”dən nə qədər maaş tələb etdi?

Bu yay ilk dəfə Konfrans Liqasında iştirak edəcək «Neftçi» ilə əlaqəli şok xəbərlər yayılıb.

İki illik aradan sonra avrokuboklara qayıdan «ağ-qaralar»ın Luvka Yoviçlə danışıqlar apardığı iddia olunur.

Həmin məlumatlara görə, bakılılar 2025-ci ildən AEK-in formasını geyinən hücumçuya 2 illik müqavilə təklif edib.

Yunanıstan klubunun serbiyalı ulduzunu «Neftçi»yə satmağa hazırlaşdığı deyilir.

Saytımız 28 yaşlı balkanlının Azərbaycana gəlmək perspektivini araşdırıb.

Redaksiyamıza məlum olub ki, paytaxt təmsilçisi Serbiya yığmasının oyunçusu ilə həqiqətən maraqlanıb, amma bu, maraqdan o tərəfə keçməyib.

Çünki Yoviçin istədiyi məbləğ «Neftçi»nin transfer büdcəsini xeyli aşır. Vaxtilə «Real»ın formasını geyinmiş forvard karyerasını ölkəmizdə davam etdirmək üçün illik 2 milyon avro maaş istəyib.

Futbolda ilk addımlarını Belqrada atan Luka yerli «Red Star»ın yetirməsidir. Karyerası ərzində Avropanın kifayət qədər məşhur klublarının formasını geyinib.

Bura «Benfika», «Ayntraxt Frankfurt», «Real», «Fiorentina» və «Milan» daxildir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti