"Yuri Vernidubun dediklərinə nail olacağıq" - "Neftçi"dən İDDİALI AÇIQLAMA

21:00 Neftçi 171
"Yuri Vernidubun dediklərinə nail olacağıq" - "Neftçi"dən İDDİALI AÇIQLAMA

"Neftçi" Premyer Liqanın 32-ci turunda "Sabah"ı məğlub etməklə (2:1) Konfrans Liqasına vəsiqə qazandı.

Bununla da "ağ qaralar" 2 mövsümlük aradan sonra avrokuboklarda çıxış edəcəyi dəqiqləşdi.

Qarşılaşmadan sonra baş məşqçi Yuri Vernidubun bir açıqlaması diqqətdən qaçmadı.

Ukraynalı mütəxəssis "Konfrans Liqasına bir mərhələ adlamaq üçün getmirik" deməklə iddialı danışdı.

Bəs "Neftçi"nin hazırkı gücü ilə bunu həqiqətə çevirmək potensialı varmı?

Bakılıların təcrübəli oyunçusu Elvin Bədəlov suala cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Yuri Vernidubun açıqlaması ilə tanışam. Onun böyük təcrübəsi var. Böyük liqalarda çalışıb, böyük komandaları udub. Təcrübəsi olduğu üçün bu cür danışıb.

Əlbəttə, düzgün yanaşmadır. Biz də bunu istəyirik və baş məşqçiyə inanırıq. Dediklərinə nail olacağıq. Yay təlim-məşq toplanışı yaxşı keçməli, heyət güclənməlidir. Ondan sonra Konfrans Liqasında nəyəsə nail ola bilərik. Komanda olaraq buna inanırıq. Bu realdı, mümküdür".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti