"Kəpəz" - "Neftçi" oyunu ilə bağlı şok xəbər - SON DƏQİQƏ

19:40 Neftçi 489
"Kəpəz" - "Neftçi" oyunu ilə bağlı şok xəbər - SON DƏQİQƏ

Premyer Liqanın 33-cü turunun "Kəpəz" - "Neftçi" görüşü Yevlax şəhər stadionunda keçirilməyəcək.

Bu barədə bölgə klubundan informasiya əldə etmişik.

Daha əvvəl matçın Gəncə şəhər stadionunda keçirilməsi planlaşdırılırdı.

Hətta bu barədə aylar öncə Bakı klubuna məlumat verilmişdi.

Amma Gəncə stadionunda örtüyün tam hazır olmaması səbəbindən bu istək baş tutmadı.

İndi isə "Neftçi" tərəfi Yevlaxa getmək istəmir.

Paytaxt klubu istəyini "Kəpəz" rəsmilərinə bildirib.

Hətta ilkin razılıq da əldə olunub ki, matç Yevlaxda keçirilməsin.

Artıq alternativ meydanın hansı olması barədə də bilgilər əldə etmişik.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmə ehtimalı yüksəkdir.

"Kimyaçılar"a müraciət olunub, danışıqlar gedir.

İşin digər müəmmalı tərəfi odur ki, "Sumqayıt" son turda evdə "Qarabağ"ı qonaq edəcək.

"Araz-Naxçıvan" da son turda "Zirə"ni Sumqayıtda qəbul edəcək.

Əgər "Kəpəz" - "Neftçi" matçı da Sumqayıta salınsa, Premyer Liqada görünməmiş anormallıq yaşanacaq.

İlk dəfə bir turun 3 görüşü bir şəhərdə baş tutacaq.

Hətta aşağı-yuxarı eyni stadionda da deyə bilərik.

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi "SOCAR Polymer Arena" ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu arasında məsafə vur-tut 100 metr ancaq olar.

Məsələnin izindəyik, hər hansı yenilik olarsa, sizə məlumat verəcəyik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti