"Neftçi"nin uğuru fanatları hərəkətə gətirdi - "Yuri Vernidub sən baş məşqçi deyilsən..."

21:20 Neftçi 162
"Neftçi"nin uğuru fanatları hərəkətə gətirdi - "Yuri Vernidub sən baş məşqçi deyilsən..."

"Neftçi" qısa müddətdə "Qarabağ"ın ardınca "Sabah"ı da məğlub edərək inanılmazı gerçəkləşdirdi.

"Ağ qaralar" iki mövsümlük aradan sonra avrokuboklarda çıxış edəcək.

Kollektivin Konfrans Liqasına vəsiqə qazanması azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb.

Fanatlar xüsusilə baş məşqçi Yuri Vernidubu tərif atəşinə tutublar.

Sosial şəbəkələrdə yazılan rəylərin mütləq əksəriyyəti ukraynalı mütəxəssisin ünvanına tuşlanıb.

Bəzi maraqlı şərhləri sizə təqdim edirik:

"Vernidub möhtəşəm iş gördü. Ən əsası mən "Neftçi"nin oyunundan ləzzət almağa başladım".

"Bu qədər haqsızlıqlara baxmayaraq, dibdən gəlib 4-cü olmaq çempion olmağa bərabərdir. Çox sağ olun, uşaqlar. Yuri, sən kişi oğlu kişisən".

"Sağ ol, cənab Vernidub. Şəxsən sizə və məşqçilər heyətinə təşəkkürlər".

"Vernidub kişi kimi sözünün üstündə durdu. Eşq olsun".

"Sən məşqçi deyilsən, kişi adamsan".

"Yuri, kaşki tez gələrdin".

"Verniduba dərin təşəkkür".

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti