“Neftçi”də 9 qola imza atan ulduz “Bursaspor”un maraq dairəsində

18 May 14:20 Neftçi 799
“Neftçi”də 9 qola imza atan ulduz “Bursaspor”un maraq dairəsində

“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Africafoot” saytı məlumat yayıb. Bildirilir ki, əvvəllər “Beşiktaş” və “Hatayspor”da çıxış etmiş kamerunlu ilə Türkiyə 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor” maraqlanır.

İddiaya görə, Bursa təmsilçisi 33 yaşlı forvardın durumunu yaxından izləyir.

“Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Abubakarın Türkiyə klubuna azad agent kimi keçə biləcəyi qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Bakı klubunun futbolçunun müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməsi və ona yeni təklif göndərməsi gözlənilmir.

Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!