"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub.
"Ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra nail olublar.
"Bank Respublika Arena"da son çempionun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqlənib. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.
Sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" Konfrans Liqasına vəsiqəni təmin edib. Bununla da bakılıların iki illik Avropa həsrəti başa çatıb.
Klub rəhbərliyi əldə olunan nəticəyə diqqətsiz qalmayıb.
Qitə arenasına qayıdışın maddi əvəzinin verilməsi lazım bilinib. Məbləğ hələ açıqlanmayıb.
Ancaq gözlənilir ki, avrokuboklara vəsiqənin qarşılığında hər futbolçuya 50 min manat mükafat ödəniləcək.
Hər halda kollektiv üzvlərinin umduğu rəqəm bu miqdardan aşağı deyil. Onlar bunu funksionerlərin də diqqətinə çatdırıblar.
SPORTİNFO.AZ

