"Qarabağ"dan sonra "Sabah"ın da "baş"ına bu pul qoydular - "Neftçi"dən YENİ XƏBƏR

14:50 Neftçi 227
"Qarabağ"dan sonra "Sabah"ın da "baş"ına bu pul qoydular - "Neftçi"dən YENİ XƏBƏR

Premyer Liqada 32-ci tura bu gün yekun vurulacaq.

Son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Zirə" adını daşıdığı "Sumqayıt"ı qəbul edəcək. Oyun meydan sahibləri üçün olduqca əhəmiyyətlidir.

Hazırda 5-ci pillədə qərarlaşan Rəşad Sadıqovun komandası sona iki tur qalmış dördücü yerdə olan "Neftçi"dən 3 xalı geri qalır.

Daha bir vacib matça çıxacaq "Neftçi" isə artıq çempionluğunu rəsmiləşdirən "Sabah"ın qonağı olacaq.

Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək yalnız 4-cü komanda hələ müəyyənləşməyib ki, bu da ya "Neftçi" ya da "Zirə" olacaq.

Çempionatı dördüncü pillədə başa vuracaq komanda mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.

İki illik aradan sonra avrokuboklarda yarışmaq fürsəti yaxalayan "Neftçi"nin futbolçuları rəhbərlikdən sevindirici xəbər alıb.

Onlara öncədən vəd olunan mükafat yenidən artırılıb. 5000-6000 manatlıq "ənam" 10 minə kimi qaldırılıb.

Maraq üçün yada salaq ki, "ağ-qaralar" cari mövsüm ərzində bu qədər pulu yalnız 1 dəfə qazanıb. 21-ci turdan təxirə salınmış derbidə "Qarabağ"ı 2:1 hesabıyla üstələyən bakılılar 10000 manatı əldə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti