“Neftçi”nin oyununa baxmaq istəyənlər üçün VACİB XƏBƏR!

15:15 Neftçi 131
“Neftçi”nin oyununa baxmaq istəyənlər üçün VACİB XƏBƏR!

Premyer Liqanın 32-ci turunda diqqətlər “Neftçi”ylə “Zirə”də olacaq.

Avrokuboklara vəsiqə verən sonuncu – 4-cü vəsiqə uğrunda mübarizə aparan komandaların oyunları eyni gündə və eyni saatda başlayacaq.

“Neftçi” “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaqsa, “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Hər iki komandanın azarkeşlərini, yəni oxucuları maraqlandıran əsas sual eyni saatda başlayan matçları necə izləyəcəkləridir.

Həm Masazırdakı, həm də Zirədəki görüşləri “CBC Sport” ekranlara daşıyacaq.

Oyunlar növbəli sistemlə izləyicilərə təqdim olunacaq. Bir neçə dəqiqə “Neftçi”nin matçı göstəriləcək, bir neçə dəqiqə “Zirə”nin.

Yəni kimsə “Neftçi”ni kəsintisiz 90 dəqiqə izləmək həvəsinə düşsə, bunun üçün Masazıra getmək mütləqdir. Başqa cür mümkün deyil.

Mayın 18-də baş tutacaq oyunların start fiti 18:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti