Avrokuboklara sonuncu vəsiqəyə iddia edən “Neftçi” bu həftə məqsədinə çata bilər.
Bunun üçün “ağ-qaralar” Masazırda “Sabah”ı məğlub etməlidir.
Həmin “Sabah” ki, cari mövsümdə “ağ-qaralar” üçün keçilməz olub.
Lakin bir məqam var ki, bu, qonaqların xeyrinə işləyə bilər.
Cari mövsümü Valdas Dambrauskasın komandası üçün bitmiş hesab edə bilərik. “Qızıl dubl”a imza atan kollektiv mövsümün başa çatmasını səbrsizliklə gözləyir.
Üstəlik, “Neftçi” həftəboyu vacib oyuna hazırlaşdığı halda, “tələbələr” mayın 15-də “Zirə” ilə Azərbaycan kubokunun final qarşılaşmasına çıxaraq güc itirib.
Bakıların fransalı vingeri İmad Faraj görüşdən əvvəl Sportinfo.az-a bunları deyib:
“Son oyunlarda qazandığımız nəticələrlə turnir cədvəlində vəziyyəti yaxşılaşdırmışıq. Qarşıda bizi iki çətin oyun gözləyir.
Bilirəm, “Sabah” güclü rəqibdir, yaxşı formadadır. Lakin biz də hədəfə çata biləcək gücdəyik.
Meydana qalib gəlmək üçün çıxacağıq. Başqa nəticəni düşünmürük.
“Kəpəz” “Sabah”ı məğlub edə bildisə, biz niyə bacarmayaq?”
Mayın 18-də “Bank Respublika Arena”da gerçəkləşəcək duelin start fiti saat 18:00-da çalınacaq.
HƏBİB

