“Neftçi“ ötən yay anlaşa bilmədiyi əcnəbini yenidən gündəminə aldı - SON DƏQİQƏ

13:00 Neftçi 216
“Neftçi“ ötən yay anlaşa bilmədiyi əcnəbini yenidən gündəminə aldı - SON DƏQİQƏ

“Araz-Naxçıvan” yarımmüdafiəçi Çarles Boli karyerasını növbəti mövsüm də Azərbaycanda davam etdirə bilər.

Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legioner “Neftçi“nin transfer siyahısında yer alıb.

Bakılılar Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə müddəti bitmək üzrə olan fransızla danışıqlar aparır.

“Ağ-qaralar“ın baş məşqçisi Yuri Vernidb sağ cinah vingeri mövqeyində çıxış edən əcnəbini öz sərəncamında görmək istəməsi barədə rəhbərliyi məlumatlandırıb.

O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib.

Ötən mövsümü Kiprdə - “Apollon”da (Limasol) keçirmiş 27 yaşlı futbolçu 2026-cı ilin yayında da “Neftçi“nin maraq dairəsində idi. Aralarında danışıq da olmuşdu.

Afrikalı yekunda “Araz“ı seçdi. Konkret iki səbəbi var bunun.

Naxçıvan təmsilçisinin Konfrans Liqasında iştirakı və maliyyə şərtləri. Avrokuboklarda özünü göstərmək istəyən əcnəbiyə Premyer Liqanın bürünc medalçısı 300 min dollar ödəmə edib. “Neftçi“ isə həmin məbləği ona verməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti