10 oyundur “Neftçi”yə uduzmurlar - Bəs indi?

11:00 Neftçi 124
10 oyundur “Neftçi”yə uduzmurlar - Bəs indi?

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Sabah” 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi”ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq.

Çünki “Sabah”la “Neftçi” buna qədər çempionatda 29 dəfə qarşılaşıblar. Düzdür, ümumi statistikada “Neftçi” rəqibini üstələyir – 13 qələbə, 9 məğlubiyyət, 7 bərabərlik.

Hətta top fərqində də “ağ-qaralar” öndədirlər – 34:24. Lakin son vaxtlar “Sabah” “Neftçi” önündə aşkar favoritə çevrilib.

Təsadüfi deyil ki, axır 10 oyunda “bayquşlar” bu rəqibinə uduzmayıb. Həmin qarşılaşmaların 5-də qələbə qazanan “Sabah” eyni sayda da heç-heçəylə yadda qalıb.

Digər diqqətçəkən məqam “Neftçi”nin 4 ildir “Sabah”ı səfərdə məğlub edə bilməməsidir.

“Ağ-qaralar” axırıncı dəfə 2022-ci ilin fevralında səfərdən 3 xalla dönməyi bacarıb. “Sabah”ın meydanında baş tutan son 7 matçın yalnız 3-də “Neftçi” 1 xalla öyünə bilib.

Mayın 17-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti