“Sumqayıt“ hazırda “Neftçi”nin formasını geyinən Cordan Rezabalanı yenidən sıralarına qayıtmağı planlaşdırır.
Tərəflər arasında danışıqlar artıq start götürüb.
Paytaxt təmsilçisi ekvadorlunu ötən ilin iyulunda sıralarına qatıb. Həmin vaxt “ağ-qaralar“la 2 illik müqavilə bağlamış legionerin mövsüm başa çatmamış belə əl-ayağa düşməsi təsadüfi deyil.
Cənubi amerikalı bilir ki, Yuri Vernidubun baş məşqçi postunda qaldığı msüddətdə ona “çörək“ yoxdur.
Samir Abassovun istəyi ilə ağ-qara formanı geyinmiş, baş məşqçi dəyişikliyindən sonra az-az hallarda meydana ayaq basan 25 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq gələcəyini burada görmür.
Ukraynalı mütəxəssisin növbəti sezonla bağlı planlarında yer almamamasından xəbərdar olan Rezabala iki seçimdən birini etmək məcburiyyətində qalıb. Ya icarəyə veriləcək, ya da sərbəst agent statusu alacaq.
Əslində, “Neftçi“də olmaq maddi cəhətdən ona çox sərfəlidir. Zarafat deyil, paytaxt təmsilçisində aylıq məvacibi 25 min dollardır. Bu isə “Sumqayıt“la aldığı əməkhaqqı ilə müqayisədə 5 dəfə çoxdur.
“Kimyaçılar“ 2025-ci ilin dekabrında ölkəsinə qayıdan Rezabalaya indi əvvəlkindən daha çox maaş ödəməyə hazırdır.
O, “İndependyente”nin (Ekvador) yetirməsidir. Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Yarımmüdafiəçi 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
SPORTİNFO.AZ

