Bu əcnəbi “Neftçi”ni üzdü - “Sabah”la oyunda olmayacaq

19:40 Neftçi 188
Bu əcnəbi “Neftçi”ni üzdü - “Sabah”la oyunda olmayacaq

“Neftçi”də ciddi itki – “Sabah”la oyunda olmayacaq

Konfrans Liqasının bir addımlığında olan “Neftçi” Premyer Liqanın 32-ci turunda “Sabah”la qarşılaşacaq.

"Ağ-qaralar” bu oyuna ciddi itki ilə çıxacaq.

Baş məşqçi Yuri Vernidubun son matçlarda sol cinah müdafiəçisi kimi güvəndiyi Luis Ortiz komandasına kömək edə bilməyəcək.

Buna səbəb paraqvaylı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir.

“Şamaxı” ilə görüşdə “sarı” alan Ortiz vərəqə limitini doldurub.

Mayın 17-də keçiriləcək “Neftçi” – “Sabah” dueli saat 18:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti