Siz də baxın, bu qədər adamla “Neftçi” üçün nələr edirlər! - VİDEO

16:40 Neftçi 173
Siz də baxın, bu qədər adamla “Neftçi” üçün nələr edirlər! - VİDEO

“Neftçi”nin azarkeşləri bayram ab-havasındadır.

Yuri Vernidubun gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyan “ağ-qaralar” ukraynalı çalışdırıcının rəhbərliyi altında 17 oyunun yalnız 2-də məğlub olub ki, bu müddətdə “Qarabağ”ı udaraq 5 illik qələbəsizlik sindromuna son qoyub.

“Neftçi”nin hər qələbəsindən sonra komandanın avrokuboklara yaxınlaşması tribunalardakı azarkeş sayına müsbət mənada təsir edir, tərəfdarlarda xoş gələcəyə olan inamı artırır.

Paytaxt təmsilçisinin “Şamaxı” ilə matçda 3:0 hesablı qələbəsi azarkeşlərin ürəyinə yağ kimi yayıldı.

Elə buna görə də matç başa çatandan sonra kapitan Emin Mahmudovu tribunanın önünə çağırıb ona hansısa mesajı verdilər.

Kapitan da öz növbəsində lazım olan məlumatı komanda yoldaşlarına çatdırdı.

Məlum oldu ki, tribunadakılar bir ağızdan “ağ” deyəcək, futbolçular isə “qara” cavabını verəcək.

İnsaf naminə, sintezin uğurlu alındığını deyə bilərik.

Təxminən 300 nəfərlik “Forza Neftçi” ailəsi və digər tribunalarda yer alan bir o qədər azarkeşin iştirakı ilə “Şamaxı” üzərində parlaq qələbə stadiona əlavə rəng qatdı.

“Neftçi” növbəti mövsümdə çempionluğa oynayıb, “Qarabağ” və “Sabah”la layiqli mübarizə aparacağını düşünəndə, ağ-qara rənglərə könül verənlərin stadionlarda yaradacağı atmosferi indidən görmək üçün adam səbrsizlənir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti