Azərbaycan Kubokunun finalında “Sabah”ın “Zirə”yə 2:1 hesabıyla qalib gəlməsindən sonra “Neftçi” sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, paylaşımda Bakı klubunun futbolçularının qol sevinci yer alıb.
Bunun səbəbi odur ki, “Sabah”ın kuboku qazanması “Neftçi”nin avrokuboklara getməsinə şərait yaradır.
Əgər Yuri Vernidubin çalışdırdığı komanda Premyer Liqanın son iki turunda istədiyi nəticəni qazansa, dördüncü yerin sahibi olaraq Konfrans Liqasına bilet alacaq.









