“Neftçi”nin ulduzuna Türkiyədən iki təklif gəldi, danışıqlar start götürdü - SON DƏQİQƏ

13:00 Neftçi 369
“Neftçi”nin ulduzuna Türkiyədən iki təklif gəldi, danışıqlar start götürdü - SON DƏQİQƏ

Ötən ilin oktyabrında «Neftçi» ilə 8 aylıq müqavilə imzalayan Vensan Abubakar Türkiyəyə qayıtmaq variantını nəzərdən keçirir.

Geridə qalan müddətdə Premyer Liqada 6 qol vurmuş kamerunlu hücumçu ona yaxşı tanış olkədən iki təklif alıb.

34 yaşlı ulduza dəvət göndərən klublardan biri Super Liqa, digəri I Liqa təmsilçisidir. Tanınmış qolçu menecerlərə onlarla danışıqlar aparmaq icazəsi verib.

Abubakarla «Neftçi» arasında anlaşma, əslində, 8 ay+1 illikdir. Burada qalıb-qalmayacağı barədə qərar vermək hüquqi onda deyil. Son söz «ağ-qaralar»a məxsusdur.

Klub rəhbərliyi loru dillə dksək, Yuri Vernidubun ağzına baxır. Baş məşqçi necə istəsə, elə də olacaq.

Gələn məlumatlar isə deyir ki, ukraynalı çalışdırıcı Abubakarla çalışmağa həvəs göstərmir. Təsadüfi deyil ki, o, görəvə gələndən bəri Kamerun yığmasının sabiq kapitanına çox da şans tanımır.

Hər iki dizindəki xroniki zədələrdən əziyyət çəkən ön xətt oyunçusu, adətən, ikinci hissədə meydana çıxır.

Əsas heyətdəki yerini aylar öncə itirən Vensan başa düşür ki, Vernidub üçün ad rol oynamır. Odur ki, gələn mövsümü ölkəmizdə keçirəcəyinə ümidlə yanaşmır.

Türkiyədə isə onu hələ də dünəni ilə xatırlayırlar. Vaxtilə «Beşiktaş»ın heyətində Super Liqa və Çempionlar Liqasında sərgilədiyi performans Abubakarı yerli klubları üçün maraqlı edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti