Rövşən Nəcəf: "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayırıq”

01:10 Neftçi 119
Rövşən Nəcəf: "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayırıq”

AFFA prezidenti Rövşən Nəcəf Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempion olan "Neftçi"nin qadınlardan ibarət komandasını təbrik edib.

Sportinfo.az xəbər verir ki, R. Nəcəf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Neftçi"nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub" - o bildirib və əlavə edib ki, sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən "ağ-qaralar" növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər:

"Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!".

"Neftçi"nin qadınlardan ibarət komandası Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti