“İstənilən halda meydana qələbə üçün çıxacağıq və buna nail olacağımıza inanıram“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin müdafiəçisi Elvin Bədəlov deyib.
O, “Sabah”ın çempionluğu rəsmiləşdirməsi işinizi asanlaşdıra bilərmi“ sualına cavabında aşağıdakıları söyləyib:
“Onların motivasiyası çoxlu qələbələr qazanmaqlarıyla bağlıdır. Çempionatın əvvəlində “İmişli”yə məğlub olmuşdular, bir də indi “Kəpəz“ə.
Çempion olsalar da, uğurlu seriyanı davam etdirmək istəyirlər. Məhz bu səbəbdən bizimlə oyuna ciddi yanaşacaqlar “.
“Neftçi“ ilə “Sabah“ Premyer Liqanın qarşıdakı - 32-ci turunda üz-üzə gələcək. Hazırda dördüncü pillədə olan “ağ-qaralar“ Masazır təmsilçisini üstələyərsə, Konfrans Liqasına bir addım da yaxınlaşacaq.
Təbii ki, əgər “Zirə“ bu gün kubokun finalında “Sabah“ı udub, titulu başa üzərinə qaldırmasa.

