Vernidub yayda gəlsəydi, “Neftçi” çempion ola bilərdi? - “11” elə bir etiraf etdi ki...

19:40 Neftçi 113
Vernidub yayda gəlsəydi, “Neftçi” çempion ola bilərdi? - “11” elə bir etiraf etdi ki...

“Neftçi” inanılmaz dərəcədə möhtəşəm təsir bağışlayır.

Qış fasiləsinə qədər “ləngər vuran”, rəqibləri üçün “asan yem” təsiri bağışlayan komanda indi qarşısına çıxan komandanı əzir.

Yuri Vernidubun gəlişindən sonra intibah dönəminə qədəm qoyan “ağ-qaralar” ukraynalı çalışdırıcının rəhbərliyi altında meydana çıxdığı 17 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib və yalnız 2 dəfə uduzub.

Halbuki Vernidub gələnə qədər 14 matçda 3 qələbə və 7 qələbə əldə olunmuş, azarkeşlər 4 yenilgiyə üzülmüşdü.

Maraqlıdır, “Neftçi”də nə dəyişdi? Qış fasiləsinə qədər uğurlu nəticələr qazanmağa kim, yaxud nə mane olurdu? Ukraynalı çalışdırıcı yayda gəlsəydi, “Neftçi” çempion ola bilərdi?

Fransalı vinger Sportinfo.az-a açıqlamasında bu haqda deyib:

“Çempionatın əvvəlində problem bizdəydi. Komanda yeni yığılmışdı, 10-dan artıq yeni futbolçu gəlmişdi. Komandanın yarısı dəyişmişdi.

İnsan həyatı elədir ki, hansısa ölkəyə gedəndə uyğunlaşmaq üçün vaxt tələb olunur. Hər ölkəyə, həm mühitə, həm də komandaya öyrəşməlisən. Bu proses bizdə bir az zaman apardı.

O vaxt jurnalistlər məndən soruşanda, deyirdim ki, bizə vaxt zaman lazımdır, nəticələr tədricən düzələcək. “Neftçi”də ailə mühiti formalaşıb, hamımız birlikdə olmaqdan qürur duyuruq.

Sizi əmin edirəm, mövsümün əvvəlində indiki kimi oynasaydıq, çempion olardıq. “Qarabağ”ı 2:1 udduğumuz matçda buna layiq olduğumuzu göstərdik”.

31 turdan sonra aktivində 53 xal olan “Neftçi” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Paytaxt təmsilçisi 32-ci turda “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti