“Neftçi” rəhbərliyi Emin Mahmudova nə təklif irəli sürdü?

14:40 Neftçi 155
“Neftçi” rəhbərliyi Emin Mahmudova nə təklif irəli sürdü?

Emin Mahmudov 2017-ci ildən formasını geyindiyi «Neftçi»də qalmaq imkanı əldə edib.

Aldığımız məlumata görə, paytaxt təmsilçisi yeni təklif paketi ilə kapitanı sevindirib.

«Ağ-qaralar» 34 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini daha 2 il uzatmaq niyyətindədir.

Amma bir şərtlə. «Neftçi» Rusiya doğumlu orta sahə oyunçusuna əvvəlki qədər maaş ödəmək fikrindən uzaqdadır.

Mahmudov hazırda komandanın ən ödənişli simasıdır. Ayda 65 min dollar əməkhaqqı alır.

Millinin də formasını geyinən «8 nömrə» cari mövsümdə Premyer Liqada 11 qola imza atıb.

Əgər o, «Neftçi» azarkeşlərini sevindirməyə davam etmək etməyi düşünürsə, maliyyə şərtlərində xeyli güzəştə getməlidir.

Klubun tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşən Eminin burada saxlanılması Yuri Vernidubun təşəbbüsüdür.

Ötən ilin dekabrında görəvə gəlmiş baş məşqçi kapitanın ona lazım olması barədə idarəçilərə raport verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti