“Neftçi”nin oyunçusunun qolu məşhur türkiyəlinin xoşuna gəldi - VİDEO

01:00 Neftçi 87
“Neftçi”nin oyunçusunun qolu məşhur türkiyəlinin xoşuna gəldi - VİDEO

Sportinfo.az xəbər verir ki, Türkiyənin tanınmış futbol mütəxəssisi Nihat Kahveci "Neftçi"nin venesuellalı vingeri Freddi Varqasın "Karvan-Yevlax"ın qapısına vurduğu baxımlı qoldan danışıb.

Veteran futbolçu "Haber Global"da yayımlanan "Kontraspor" verilişində bildirib ki, cənubi amerikalı legionerin fərqləndiyi epizod çox gözəl alınıb.

O, Varqasın 57-ci dəqiqədə vurduğu qolu olduqca keyfiyyətli və baxımlı adlandırıb. Kahveçi qolun vurulmasında futbolçunun peşəkarlığını xüsusi qeyd edib.

Misli Premyer Liqasının XXX turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

Varqasın bu qolunun videosu klubun sosial media hesabında 32 milyondan çox izlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti