Millinin sabiq qapıçısı Emil Balayevin «Neftçi»dəki durumuna aydınlı gəlib.
2023-cü ilin yayında bura dönmüş kiper ən azı daha 1 il «ağ-qaralar»ın formasını geyinəcək.
O, klub rəhbərliyinin müqavilənin müddətini uzatmaqla bağlı çağırışını müsbət qarşılayıb. Tərəflər 1+1 illik anlaşmaya dair razılığa gəlib.
Buna əsasən, Emilin maaşına yenidən baxılacaq. Hazırda onun aylıq məvacibi 10 min manatdır. İ
llər əvvəl ölkənin əsas yığmasının «1 nömrə»si olmuş «əlcək sahibi» ilk iki mövsümdə 20 min manat əməkhaqqı alırdısa, ötən ilin yayında bu məbləğ iki dəfə aşağı salınıb.
Səbəb aldığı ağır zədə üzündən uzun müddət yaşıl sahələrdən uzaq düşməsi və oyn praktikasını itirməsidir.
Ötən sezon Rza Cəfərovun, bu dəfə isə Kenan Piriçin kölgəsində qalan Balayev yalnız son həftələrdə «çərçivə» önünə dönüb.
Premyer Liqanın axır 3 turund «1 nömrə»ni geyinən qapçının ayağı düşərli olub. «Qarabağ», «Karvan» və «Şamaxı» ilə görüşlərdə o, inamlı təsir bağışlayıb, komandası isə qələbələri sıralayıb.
Vaxtilə Franfkurt «Ayntraxt»ının şərəfini qorumuş 31 yaşlı kiper bu oyunlarda qapısından cəmi 1 top buraxıb.
SPORTİNFO.AZ

