“Neftçi”də nəticələr bu səbəbdən istədiyimiz kimi deyildi, səhvlərimizi gördük”

18:35 Neftçi 94
“Neftçi”də nəticələr bu səbəbdən istədiyimiz kimi deyildi, səhvlərimizi gördük”

“Bu səbəbdən nəticələr istədiyimiz kimi deyildi”.

“Neftçi“nin formasını geyinən Freddi Varqas Sportinfo.az-a açıqlamasında belə deyib.

Paytaxt təmsilçisinin nəticələri qış fasiləsinə qədər ürəkaçan deyildi, qeyri-sabitlik müşahidə olunurdu.

Lakin Premyer Liqanın son 16 oyununda cəmi 2 məğlubiyyət qeydə alınıb. Nə dəyişib?

Venesuellalı vingerin cavabını eşidək:

“Özümlə bağlı dediyim uyğunlaşma məsələsini deyə bilərəm. Futbolçuların böyük əksəriyyəti yeni gəlmişdi, bir-birimizi tanımırdıq, tam heyətlə hazırlıq keçməmişdik.

Lakin zamanla daha çox işlədik, səhvlərimizi gördük, onları aradan qaldırmağa çalışdıq.

Daha bir vacib məqam “Neftçi”də ailə mühitinin olmasıdır. Həm meydanda, həm də kənarda birlik nümayiş etdirməyimiz bizə kömək edir“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti